Misir XİN: Fələstin Qəzza İdarəetmə Komitəsi tam şəkildə formalaşdırılıb
Far.Az xəbər saytı

Misir XİN: Fələstin Qəzza İdarəetmə Komitəsi tam şəkildə formalaşdırılıb


Fələstin Qəzza İdarəetmə Komitəsi tam şəkildə formalaşdırılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Misir, Qətər və Türkiyə Qəzzada idarəetmə məsələləri ilə məşğul olacaq Fələstin İdarəetmə Komitəsinin yaradılmasını alqışlayır. İnzibati orqana Əli Əbdül Həmid Şaat rəhbərlik edəcək", - bəyanatda deyilir.

Vasitəçilər komitənin yaradılmasının Fələstin anklavında atəşkəslə bağlı razılaşmanın ikinci mərhələsinə keçməyə kömək edəcəyinə və yeni eskalasiya mərhələsinin qarşısını alacağına ümid edirlər.

Şaat Qəzzanın cənubunda yerləşən Xan Yunisdəndir, lakin hazırda Qərb Sahilində yaşayır. O, Fələstin Milli Administrasiyasında bir sıra yüksək vəzifələr tutub, siyasi və iqtisadi infrastrukturun yenidən qurulması üzrə mütəxəssis hesab olunur.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər