BMT: Dünya üzrə hər beş gəncdən biri 2025-ci ildə təhsil almayıb və işləməyib
2025-ci ildə dünya üzrə hər beş gəncdən biri təhsil almayıb və işləməyib.
"Far.Az"un məlumatına görə, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının 2025-ci il üçün məşğulluq hesabatında deyilir.
Hesabata görə, əmək, təhsil və ya təlimlə məşğul olmayan gənclərin nisbəti 2025-ci ildə 20 %-ə çatıb. Bu o deməkdir ki, 257 milyon insan gələcək əmək bazarı perspektivləri üçün dəyərli bilik və təcrübə qazanmaq imkanından məhrum olub.
Qeyd olunur ki, bu göstəricidə artım tendensiyası 2023-cü ildə başlayıb və 2027-ci ilə qədər orta tempdə artmağa davam edəcək.
Təşkilatın məlumatına görə, bu göstərici yüksək gəlirli ölkələrdə ən aşağı, aşağı gəlirli ölkələrdə isə ən yüksəkdir. 2025-ci ildə müvafiq olaraq 10,9 % və 27,9 % olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək













