ABŞ yarımkeçiricilərin idxalına 25 % rüsum tətbiq edib
Birləşmiş Ştatlar yarımkeçiricilərin idxalına 25 % həcmində gömrük rüsumu tətbiq edib.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan bəyannaməsində deyilir.
Sənəddə söhbətin "müəyyən qabaqcıl" mikrosxemlərin və digər oxşar məhsulların idxalından getdiyi qeyd olunub. Bununla belə, bir sıra istisnalar nəzərdə tutulub. Məsələn, yarımkeçiricilər ölkənin istehsal güclərini artırmaq, məlumat mərkəzlərində istifadə olunmaq, startapların fəaliyyəti, həmçinin elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması üçün gətirildiyi təqdirdə, bu rüsum tutulmayacaq.
Bəyannamədə vurğulanıb ki, hazırda ABŞ ehtiyacı olan yarımkeçiricilərin yalnız təxminən 10 %-ni istehsal edir. Beləliklə, Vaşinqton administrasiyasının rəhbəri ABŞ iqtisadiyyatının bu sahədə xarici tədarükçülərdən ciddi şəkildə asılı olduğunu bildirib. Onun qiymətləndirməsinə görə, mövcud vəziyyət ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradır.
Tramp həmçinin qeyd edib ki, ticarət naziri Hovard Latnik vəziyyəti dəyişmək üçün iki mərhələli planın icrasına başlamağı tövsiyə edib. Bu plan həmçinin yarımkeçiricilərin Birləşmiş Ştatlarda istehsalına sərmayə qoyacaq xarici şirkətlər üçün güzəştlərin tətbiqini nəzərdə tutur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək













