Zelenski: Albaniya bu il PURL proqramına qoşula bilər
Albaniya artıq 2026-cı ildə PURL ("Prioritized Ukraine Requirements List") proqramına qoşula bilər.
"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Albaniyanın Avropa və xarici işlər məsələləri üzrə naziri Elisa Spiropali ilə keçirilən görüşün yekunlarına dair öz teleqram kanalında yazıb.
Zelenski qeyd edib ki, səfər Ukrayna üçün çox çətin günlərdə baş verir və bu, güclü dəstək siqnalıdır. E.Spiropali reabilitasiya keçən hərbçiləri ziyarət edib və Ukrayna rəhbərliyi ilə strateji əməkdaşlıq məsələlərini müzakirə edib.
"Görüşdə ilk növbədə hərbi əməkdaşlıq və ölkələrimizin ümumi məqsədi hesab etdiyimiz Avropa İttifaqına inteqrasiya müzakirə olunub, həmçinin PURL proqramının inkişafı, xüsusilə Albaniyanın bu il ona mümkün qoşulmasından danışılıb", - Ukrayna lideri vurğulayıb.
V.Zelenski həm də Ukrayna və tərəfdaşlarının sülh naminə diplomatik səylərini qeyd edib və Rusiyaya qarşı sanksiyaların Moskvanın hərbi fəaliyyətini məhdudlaşdıran bir vasitə kimi əhəmiyyətini vurğulayıb.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək













