CNN Brasil: ABŞ-ın Venesuelaya hücumlarından sonra Braziliya HHM sstemlərini gücləndirir
Far.Az xəbər saytı

CNN Brasil: ABŞ-ın Venesuelaya hücumlarından sonra Braziliya HHM sstemlərini gücləndirir


Braziliya Ordu Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin sürətlə gücləndirilməsində və öz PUA donanmasının yaradılmasında israr edir.

"Report" xəbər verir ki, bu barədə CNN Brasil braziliyalı general Tomas Payvaya istinadən məlumat yayıb.

Qeyd olunur ki, prezident Luis İnasio Lula da Silva ABŞ-ın Venesuelaya qarşı təcavüzündən sonra Silahlı Qüvvələrin rəhbərliyi ilə görüş keçirib.

Payva öz hesabatında dövlət başçısına respublikanın müdafiə qabiliyyətindəki "strateji zəiflikləri" qeyd edib. Hərbi lider orta və uzun mənzilli hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinin, helikopter donanmasının modernləşdirilməsinin, kəşfiyyat və hücum dronlarının alınmasının vacibliyini vurğulayıb.

Görüş zamanı Braziliyanın müdafiə naziri Xose Musio Monteyro qeyd edib ki, təxminən 10.000 əsgər Amazon bölgəsində Venesuela ilə şimal sərhədinin təhlükəsizliyini təmin edir. Lakin nazirin sözlərinə görə, yeni təhdidlərin aradan qaldırılması üçün qoşunların texniki təchizatının nəzərdən keçirilməsi tələb olunur.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Rusiyanın PUA hücumundan sonra Kiyev
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər