Ukrayna nümayəndə heyəti sülh planı üzrə danışıqlar üçün ABŞ-yə gedib
Ukrayna nümayəndə heyəti Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh planı çərçivəsində danışıqların növbəti raundunu keçirmək üçün ABŞ-yə gedib.
Bu barədə "Report" Ukrayna Prezident ofisinin rəhbəri Kirill Budanovun teleqram kanalına istinadən xəbər verir.
"ABŞ-yə gəldim. Rüstəm Umerov və David Arahamiya ilə birlikdə amerikalı tərəfdaşlarımızla sülh sazişinin detalları barədə mühüm müzakirələr aparacağıq", - o qeyd edib.
K.Budanov bildirib ki, Ukrayna nümayəndə heyəti ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, ABŞ Prezidentinin kürəkəni, iş adamı Cared Kuşner, həmçinin ABŞ-nin ordu naziri Daniel Driskoll ilə görüşəcək.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz növbəsində qeyd edib ki, səfərin məqsədi sülh prosesinin irəli aparılması istiqamətində amerikalı tərəfdaşlarla işləməkdir:
"Ukrayna üçün təhlükəsizlik zəmanətləri və növbəti addımların razılaşdırılması, eləcə də ədalətli və davamlı sülhə nail olmaq üzərində işi davam etdirəcəyik. Ukraynaya təhlükəsizlik və suverenliyi təmin edən sülh lazımdır".
Qeyd edək ki, Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina tərəflər arasında danışıqların yanvarın 17-də Mayamidə keçiriləcəyini bildirmişdi.
Oxşar xəbərlər
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Zelenski: Umerov bu gün Uitkoff və Kuşner ilə danışıqlar aparacaq
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir













