Avropa Komissiyası MERCOSUR-un Aİ-yə ixracının 2040-cı ilədək 15 % artacağını gözləyir
Far.Az xəbər saytı

Avropa Komissiyası MERCOSUR-un Aİ-yə ixracının 2040-cı ilədək 15 % artacağını gözləyir


Cənubi Amerika ölkələrinin ümumi bazarı (MERCOSUR) ölkələrinin Avropa İttifaqına ixracı azad ticarət sazişinin bağlanmasından sonra 2040-cı ilə qədər 9 milyard avro artacaq (2024-cü il səviyyəsindən 15 %-dən çox).

"Far.Az"un Avropa Komissiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, bu proqnozu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Paraqvayda keçirilən mətbuat konfransında açıqlayıb.

"2040-cı ilə qədər MERCOSUR-un Aİ-yə ixracı 9 milyard avro artacaq. Bu çox böyük göstəricidir", – deyə Lyayen bildirib. Onun sözlərinə görə, saziş əsasında Aİ Cənubi Amerika ölkələrinin kimya və maşınqayırma sənayesinə böyük sərmayələr yatırmağı planlaşdırır.

"Avrostat"ın məlumatına görə, 2024-cü ildə MERCOSUR ölkələrinin Avropaya ixrac həcmi 57 milyard avroya çatıb, kənd təsərrüfatı məhsullarının payı isə 42,7 % təşkil edib.

Avropa Komissiyası rəhbərinin proqnozu ucuz kənd təsərrüfatı məhsullarının nəzarətsiz axınından narahat olan Avropa fermerlərinin etirazlarının əsaslı olduğunu təsdiqləyir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Avropa İttifaqı Paraqvayda MERCOSUR ilə saziş imzalayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər