"Bloomberg": ABŞ Sülh Şurasına üzvlük üçün 1 milyard dollar tələb edib
ABŞ Prezidentinin administrasiyası Sülh Şurasında yer almaq istəyən hər bir dövlətdən 1 milyard dollar tələb edib.
"Far.Az"un "Bloomberg"ə istinadən məlumatına görə, agentliyin əlinə qrupun nizamnamə layihəsi keçib.
Şuraya kimin dəvət olunacağına dair qərarı ABŞ lideri Donald Tramp verəcək.
Sənədə əsasən, Sülh Şurasında qərarlar səs çoxluğu ilə qəbul ediləcək. Hər bir üzv dövlət üç ildən artıq vəzifə tuta bilməz və bir səsə malikdir. Bununla yanaşı, bütün qərarları sədr – Donald Tramp təsdiqləyəcək.
"Üçillik üzvlük müddəti, nizamnamə qüvvəyə mindikdən sonra ilk il ərzində Sülh Şurasına 1 milyard dollardan çox nağd vəsait yatıran dövlətlərə şamil olunmur", – "Bloomberg" layihədən sitat gətirib.
Sənəddə qeyd olunub ki, Sülh Şurası sabitliyə yardım etmək, etibarlı və qanuni idarəetməni bərpa etmək və münaqişədən təsirlənmiş və ya münaqişə təhlükəsi altında olan bölgələrdə davamlı sülhü təmin etmək məqsədi daşıyan beynəlxalq təşkilatdır.
"Bloomberg" dəqiqləşdirib ki, tənqidçilər Trampın BMT-yə alternativ yaratmağa çalışdığından ehtiyatlanırlar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir













