KİV: FTB-nin bütün agentlərinə etirazlar olan şəhərə getmək çağırışı edilib
Federal Təhqiqat Bürosu (FTB) ABŞ-nin bütün ərazisindəki agentlərə kütləvi etirazlar və iğtişaşlar qeydə alınan Minnesota ştatının Minneapolis şəhərinə getmək çağırışı edib.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin mənbələri bildirilib ki, son günlər FTB agentlərə şəhərə müvəqqəti köçmək, könüllülərin tapılmasında kömək xahişi ilə mesajlar göndərib. Miqrasiya və Gömrük Xidmətinə qarşı etirazlar mesajlarda xüsusi qeyd edilməyib və bu tapşırığın nə üçün verildiyi dəqiqləşdirilməyib.
Bu həftə FTB direktoru Keş Patel və ABŞ-nin baş prokurorunun müavini Todd Blanş Minneapolisi ziyarət ediblər. Bundan sonra Patel bildirib ki, FTB iğtişaşçılara qarşı tədbirləri sərtləşdirir və cinayətkarları dəstəkləyən maliyyələşdirmə şəbəkələrini araşdırır. Artıq bir neçə nəfər həbs olunub.
Minnesota ötən ilin dekabrından bəri ABŞ administrasiyasının diqqət mərkəzindədir. Bu zaman Daxili Təhlükəsizlik Nazirliyi yüzlərlə insanın həbsinə səbəb olan və federal agentlərlə etirazçılar arasında toqquşmalarla müşayiət olunan miqrasiya nəzarətinin sərtləşdirilməsi əməliyyatına başlayıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir













