Orban Trampın Qəzza üzrə Sülh Şurasına daxil olmaq təklifini qəbul edib
Far.Az xəbər saytı

Orban Trampın Qəzza üzrə Sülh Şurasına daxil olmaq təklifini qəbul edib


Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunun idarə edilməsi üzrə Sülh Şurasına daxil olmaq təklifini qəbul edib.

"Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "Kossuth" radiostansiyasının proqramında çıxışında bildirib.

"Baş nazir Viktor Orban ABŞ Prezidenti Donald Trampdan Qəzza üzrə Sülh Şurasının işində iştirak etmək üçün dəvət alıb", - nazir bildirib və qeyd edib ki, Macarıstan hökuməti bunu özü üçün böyük şərəf hesab edir.

Siyartonun sözlərinə görə, Macarıstan Baş naziri ona bu barədə Amerika administrasiyasına məlumat verməyi tapşırıb.

Nazir həmçinin qeyd edib ki, Macarıstan ABŞ Prezidentinin sülhməramlı fəaliyyətini yüksək qiymətləndirir və Qəzza sektorunda vəziyyətin həlli ilə bağlı ona ümid bəsləyir. Siyarto vurğulayıb ki, Macarıstan Yaxın Şərqdə sülhün bərqərar olmasında maraqlıdır, çünki bu regiondakı vəziyyət Avropadakı təhlükəsizliyə ciddi təsir göstərir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər