Ukraynanın Baş naziri Azərbaycana enerji yardımına görə təşəkkür edib
Far.Az xəbər saytı

Ukraynanın Baş naziri Azərbaycana enerji yardımına görə təşəkkür edib


Yaxın günlərdə Ukrayna tərəfdaşlarından yeni enerji yardımı alacaq.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün telearam kanalında bildirib. O, qeyd edib ki, yaxın günlərdə ölkəyə Azərbaycan, Slovakiya və Çexiyadan növbəti yardımlar daxil olacaq.

"Azərbaycanın təqdim etdiyi yardıma generatorlar, transformatorlar, kabellər, tibbi avadanlıqlar və digər humanitar dəstək daxildir. Bu yardım dağıdıcı atəşlərdən sonra Ukraynanın enerji infrastrukturunun bərpasında əsas rol oynayır" , - Baş nazir qeyd edib.

Sviridenko vurğulayıb ki, Azərbaycan da daxil olmaqla beynəlxalq tərəfdaşların dəstəyi sayəsində ukraynalıların evlərində istilik və elektrik enerjisini operativ şəkildə bərpa etmək mümkün olur.

"İrlandiya gələn həftə Ukraynanın Enerji Dəstəyi Fonduna 25 milyon avro göndərəcək" , - o əlavə edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər