Kataloniyada qatarların hərəkəti dayandırılıb
Far.Az xəbər saytı

Kataloniyada qatarların hərəkəti dayandırılıb


Ötən gecə Barselonada qatarın güclü yağışlar səbəbindən relslərin üstünə çökmüş istinad divarına çırpılması nəticəsində baş verən ağır qəzadan sonra bütün Kataloniya ərazisində qatarların hərəkəti dayandırılıb.

"Far.Az" xəbər verir ki, bu barədə İspaniya mediası ölkənin dəmir yolu infrastrukturunun böyük hissəsini idarə edən "Adif" dövlət müəssisəsinin məlumatına istinadən məlumat yayıb.

Qəza yerli vaxtla saat 21:00 radələrində baş verib. Qəza nəticəsində maşinist həlak olub, daha 37 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.

Bu, ilin əvvəlindən İspaniyada baş verən ikinci dəmir yolu qəzasıdır. Belə ki, bundan əvvəl Adamus şəhərində qatarların toqquşması nəticəsində 42 nəfər həlak olmuş və bununla əlaqədar üçgünlük matəm elan edilmişdi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər