Nazir: Onkoloji xəstəliklər regionda ölüm hallarının əsas səbəblərindən biridir
Far.Az xəbər saytı

Nazir: Onkoloji xəstəliklər regionda ölüm hallarının əsas səbəblərindən biridir


Onkoloji xəstəliklər regionda ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev beynəlxalq əczaçılıq şirkəti olan "Pfizer"in Qafqaz, Mərkəzi Asiya və Monqolustan bölgəsini əhatə edən regional nümayəndə heyəti ilə görüşdə deyib.

Nazir infeksion xəstəliklərin profilaktikasının və sosial əhəmiyyətli xəstəliklərin effektiv müalicəsinin milli səhiyyə sistemləri üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Bildirilib ki, pnevmokok infeksiyası uşaqlar və yaşlı əhali qrupları arasında qarşısı alına bilinən xəstəliklər sırasında mühüm yer tutur.

Bu kontekstdə tərəflər pasiyentlərin müasir və innovativ müalicə üsullarına çıxış imkanlarının genişləndirilməsi onların həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Görüşdə səhiyyə sahəsində mümkün əməkdaşlıq istiqamətləri, o cümlədən pnevmokok infeksiyasının profilaktikası, prioritet əhali qruplarında pnevmokok vaksinasiyasının əhatə dairəsinin genişləndirilməsi, mövcud epidemioloji göstəricilər və xəstəlik yükü, eləcə də onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicə keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələr aparılıb. Gələcəkdə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər