Putin Uitkoff və Kuşnerlə görüşəcəyini təsdiqləyib
Far.Az xəbər saytı

Putin Uitkoff və Kuşnerlə görüşəcəyini təsdiqləyib


Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinin həlli ilə bağlı dialoqu davam etdirmək üçün yanvarın 22-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı sahibkar Cared Kuşnerlə görüşəcəyini təsdiqləyib.

"Far.Az" xəbər verir ki, Təhlükəsizlik Şurasının iclasında Putin Rusiyanın Sülh Şurasına dəvətini və Qəzza ətrafındakı durumu, Vaşinqtonun Ukraynadakı vəziyyəti həll etmək səylərini və ABŞ-də dondurulmuş Rusiya aktivlərinin mümkün taleyini müzakirə edib.

"Bütün bu məsələləri sabah danışıqlar aparacağım Fələstin Prezidenti Mahmud Abbasla, eləcə də Ukrayna münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirmək üçün sabah Moskvaya gələn Amerika nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə müzakirə etməyi planlaşdırıram", - deyə Rusiya lideri bildirib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər