SOCAR "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 % iştirak payı alıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kot-d"İvuarda yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 % iştirak payının alınması ilə bağlı "Eni S.p.A." şirkəti ilə saziş imzalayıb.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, sənəd Dünya İqtisadi Forumunun 2026-cı il İllik Toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi tərəfindən imzalanıb.
Bu saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına tam uyğundur.
Sənəd, həmçinin SOCAR və "Eni S.p.A" arasında enerji sənayesinin müxtəlif seqmentlərində formalaşmış daha geniş strateji əməkdaşlığın bir hissəsini təşkil edir.
Sazişin icrası və əməliyyatın yekunlaşması müvafiq tənzimləyici qurumlardan razılıqların alınmasından, eləcə də digər standart şərt və tələblərin yerinə yetirilməsindən asılıdır.
Qeyd edək ki, "Baleine" Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən nəhəng neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb.
Hazırda "Baleine" yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz hasil edilir. 3-cü mərhələnin işə salınması ilə gündəlik hasilatın 150 min barel neftə və təxminən 5,7 milyon kubmetr qaza çatdırılması nəzərdə tutulur.
Xüsusilə qeyd edək ki, "Baleine" Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
Misirdə sisternin aşmasından sonra baş verən yanğında ölənlərin sayı 30-u ötüb
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













