Zelenski Trampla görüşün məhsuldar keçdiyini bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Davosda ABŞ Prezidenti Donald Trampla görüşün məhsuldar keçdiyini bəyan edib.
"Far.Az" xəbər verir ki, o bu barədə sosial şəbəkələrdə bildirib.
"Prezident Trampla yaxşı, məhsuldar və məzmunlu görüşümüz olub. Komandaların işini müzakirə etdik və demək olar ki, hər gün görüşlər və ya danışıqlar baş tutur. Sənədlərin hazırlanması irəliləyir", - o yazıb.
Onun sözlərinə görə, danışıqlar zamanı xüsusi diqqət Ukraynanın hava hücumundan müdafiə (HHM) məsələsinə yönəldilib. Zelenski vurğulayıb ki, amerikalı liderlə əvvəlki görüş Ukrayna hava məkanının müdafiəsinin möhkəmlənməsinə kömək edib. O, hazırkı razılaşmaların da ölkənin HHM-ni gücləndirəcəyinə ümidvar olduğunu qeyd edib.
"Əvvəlki HHM raketləri paketi üçün təşəkkür etdim və əlavə paket də xahiş etdim. İnsan həyatının müdafiəsi, bizim dözümlülüyümüz, birgə diplomatik iş", - deyə o əlavə edib.
Daha əvvəl Tramp da Davosda Zelenski ilə danışıqları məhsuldar adlandırmışdı.
Oxşar xəbərlər
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rusiyanın PUA hücumundan sonra Kiyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb













