Vens: Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş var
Far.Az xəbər saytı

Vens: Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş var


ABŞ Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində əhəmiyyətli irəliləyiş əldə edib, tərəflər arasında birbaşa danışıqların başlaması faktı isə müsbət dinamikanın göstəricisidir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens 23–24 yanvarda BƏƏ-də Rusiya və Ukrayna arasında gözlənilən təmaslar barədə jurnalistin sualını cavablandırarkən deyib.

"Prezident (ABŞ Prezidenti Donald Tramp - red.) bunu daim bizə deyir. Onun həll etdiyi səkkiz müharibədən bu, ən çətini oldu, halbuki o düşünürdü ki, ən asanı bu olacaq. Onların oturub danışması faktı artıq irəliləyişdir və mən düşünürəm ki, biz burada böyük uğur əldə etmişik", - Vens bildirib.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər