YouTube istifadəçiləri "rəqəmsal əkizlərini" yarada biləcək
YouTube-un baş direktoru Neal Mohan 21 yanvar 2026-cı il tarixində yayımladığı illik məktubunda platformada tətbiq olunacaq yeni və mübahisəli yenilikləri açıqlayıb. Yeni funksiya sayəsində kontent istehsalçıları öz üz və səslərindən istifadə edərək süni intellekt əsaslı "rəqəmsal əkizlər" yarada biləcəklər.
Bu texnologiya müəlliflərə kamera qarşısına keçmədən, öz süni intellekt versiyaları vasitəsilə YouTube Shorts videoları hazırlamaq imkanı verəcək. Neal Mohan bildirib ki, bu yenilik insan yaradıcılığını əvəz etmir, əksinə istehsalçıların daha çevik və sürətli kontent yaratmasına kömək edən ifadə vasitəsidir.
Far.Az xəbər verir ki, yeni sistem çərçivəsində istifadəçilər şəxsi səs və görüntülərini kopyalayaraq rəqəmsal məzmunlarda istifadə edə biləcəklər. Google-un Veo 3 video aləti ilə mətn əmrləri əsasında Shorts videoları yaratmaq, eləcə də sadə göstərişlərlə musiqi janrları və oyun konseptləri sınaqdan keçirmək mümkün olacaq.
YouTube eyni zamanda tam süni şəkildə yaradılmış, keyfiyyətsiz və dəyərsiz kontentə qarşı nəzarəti sərtləşdirir. "Slop" adlandırılan avtomatik spam videoların yayılmasının qarşısını almaq üçün mövcud moderasiya sistemləri yenilənəcək.
Platforma süni intellektdən sui-istifadənin qarşısını almaq məqsədilə yeni qaydalar tətbiq edir. Başqasının üz və səsinin icazəsiz istifadəsi avtomatik aşkarlanacaq, süni intellektlə yaradılmış realistik videolar xüsusi etiketlə işarələnəcək. İstifadəçilərə öz rəqəmsal kimliklərinə nəzarət etməyə imkan verən əlavə alətlər də təqdim olunacaq.
Oxşar xəbərlər
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir - YENİLƏNİB
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər













