Kanadanın bir əyaləti Britaniya tacını gerbindən çıxarıb
Kanadanın Kvebek əyalətinin hökuməti əyalətin gerbindən Britaniya tacını çıxarmaq qərarına gəlib.
"Report"un məlumatına görə, bu barədə bölgənin ədliyyə naziri Saymon Jolen-Barrett "X" sosial şəbəkəsində bildirib.
"Bu gün Kvebekin gerbindən tacı çıxardığımızı elan etdik. Kvebeklilərin böyük əksəriyyətinin Britaniya monarxiyasına heç bir bağlılığı yoxdur", - o yazıb.
Nazirin sözlərinə görə, gerbin yenilənmiş versiyası Kvebekin kimliyini daha yaxşı əks etdirir.
Kvebekin gerbi qalxandan ibarətdir. Yuxarıda əyalətin Fransa ilə əlaqəsini simvolizə edən üç qızıl zanbaq var. Mərkəzdə Britaniya irsini xatırladan qızıl aslan var. Qalxanın altında "Xatırlayıram" yazısı var. Tacın özü gerbin yuxarı hissəsində yerləşir.
Elan edilən dəyişikliklərdən əvvəl bütün kompozisiya Tüdor tacı ilə bəzədilib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb













