Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq"
Far.Az xəbər saytı

Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq"


"Neftçi" futbolçuları öz üzərlərində işləməyə davam etsələr, daha yaxşı nəticələr qazanacaqlar.

"Report" xəbər verir ki, bunu "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının XIII turunda "Zirə"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:

"Futbolçularımızın oyuna yanaşmaları çox xoşuma gəldi. Matçı iki hissəyə bölsək, ilk hissə tamamilə bizim nəzarətimiz altında keçdi. Erkən qol vurduq, amma bir neçə epizoddan da faydalana bilmədik. İkinci hissədə isə 15-20 dəqiqə bərabər səviyyəli oyun alındı. Sonra futbolçularımız qol buraxmamaq üçün daha çox müdafiədən oynadılar. Qələbə hesabını qoruya bildik ki, bu da bizim üçün çox vacib idi. Komandamızın hər bir üzvünə minnətdaram ki, böyük əmək sərf edib, qalib gəldilər. Əgər öz üzərlərində belə işləməyə davam etsələr, biz daha gözəl oyun nümayiş etdirib daha yaxşı nəticələr qazanacağıq".

Qeyd edək ki, "Neftçi" - "Zirə" görüşü "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər