Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sahəsində əməkdaşlığı müzakirə edib


Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci iclası Pakistanın paytaxtı İslamabadda keçirilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, toplantıda Türkiyəni milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan və Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu təmsil ediblər.

İclasda həmçinin Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar, müdafiə naziri Xavaca Məhəmməd Asif, Ordu Qərargah rəisi marşal Asim Munir, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, müdafiə naziri Xalid bin Salman və Ordu Qərargah rəisi general Feyyad bin Hamed Əl-Ruvaili də iştirak ediblər.

Xatırladaq ki, Strateji Siyasi və Müdafiə Komitəsi Məkkə Sazişi çərçivəsində yaradılıb.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər