Fransada "Grinch" tankerinin kapitanı saxlanılıb
Far.Az xəbər saytı

Fransada "Grinch" tankerinin kapitanı saxlanılıb


Fransanın Hərbi Dəniz Qüvvələri tərəfindən qeydiyyat məlumatlarının uyğunsuzluğu şübhəsi ilə ölkənin cənub sahillərində əvvəllər nəzarətə götürülmüş "Grinch" tankerinin kapitanı ilkin istintaq çərçivəsində saxlanılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Marsel Prokurorluğu məlumat yayıb.

"24 yanvar 2026-cı ildə "Grinch" tankerinin kursunun dəyişdirilməsindən və Fos-sur-Mer körfəzində dayanacağa çatdıqdan sonra gəminin kapitanı Fransanın Hərbi Dəniz Qüvvələri tərəfindən məhkəmə orqanlarına təhvil verilib. Daha sonra 58 yaşlı Hindistan vətəndaşı Marsel Prokurorluğu tərəfindən 22 yanvar 2026-cı ildə başlanmış ilkin istintaq çərçivəsində saxlanılıb", - bəyanatda bildirilib.

Qeyd olunub ki, "Grinch" tankerinin ekipaj üzvlərinin hamısı Hindistan vətəndaşlarıdır.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron yanvarın 22-də Rusiyadan gələn neft tankerinin saxlanıldığını bildirmişdi.

Oxşar xəbərlər

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər