100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb
Alimlər dinozavrlar dövründə yaşamış uzunayaqlı çəyirtkə növünün suyun səthində hərəkət edə bildiyini müəyyənləşdiriblər.
Far.Az TRT Haberə istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya İnstitutunun rəhbərlik etdiyi tədqiqat zamanı 99 milyon illik kəhrəbada qanadsız, qısa gövdəli və uzunayaqlı çəyirtkə nümunələri aşkarlanıb.
Tədqiqatçıların qənaətinə görə, bu həşəratlar suyun səthi gərilməsi sayəsində batmadan tarazlıqlarını qoruya biliblər. Bədənlərindəki su itələyən tükcüklər və arxa ayaqlarındakı yarpaq formalı, avara bənzər çıxıntılar onların su üzərində irəliləməsinə kömək edib.
Doqquz çəyirtkənin eyni kəhrəba parçasında qorunub qalması onların qidalanmaq üçün qrup halında toplandığını göstərə bilər. Alimlərin fikrincə, bu, çəyirtkə və ya cırcıramalarda qrup halında qidalanmanın məlum ən qədim dəlili ola bilər.
Alimlər növü "Hydrelcana zhangi" adlandırıb və onu yeni "Hydrelcanidae" fəsiləsinə aid ediblər. Araşdırmanın nəticələri "Proceedings of the Royal Society B: Biological Sciences" jurnalında dərc olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"













