Övladlarını məsuliyyətdən azad etmək istədi, 20 min ziyana düşdü
İsmayıllıda övladlarını cinayət məsuliyyətindən yayındırmaq istəyən şəxs dələduzluqla üzləşib.
Far.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, S.Səmədovun övladları Roman və Ruslan barəsində İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı dövründə S.Səmədovun övladları Şəki Rayon Psixiatriya Xəstəxanasına yerləşdiriliblər. Bu zaman Quşencə kənd orta məktəbində sosial-pedaqoq vəzifəsində işləyən A.İ. S.Səmədova övladlarının anlaqsız olmaları barədə rəy ala biləcəyini və bununla da onların məsuliyyətdən azad ediləcəyini deyib.
Lakin o bunun müqabilində qarşı tərəfdən pul tələb edib. Qarşı tərəfə hissə-hissə olmaqla A.İ.-yə 20 700 manat pul verib. O, verdiyi vədi yerinə yetirmədiyinə görə, hüquq-mühafizə orqanlarına müraciət edilib. A.İ. saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinə İsmayıllı Rayon Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı A.İ. verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər













