Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Karvan-Yevlax"ı məğlub edib
Far.Az xəbər saytı

Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Karvan-Yevlax"ı məğlub edib


Misli Premyer Liqasının XVIII turunda "Sumqayıt" "Karvan-Yevlax"ı məğlub edib.

"Report" xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Sumqayıt təmsilçisinin heyətində Aleksa Yankoviç (20-ci dəqiqə), Ronaldo Vaskez (33-cü dəqiqə) fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 30-a yüksəldən "Sumqayıt" 4-cü pillədə yer alıb. 6 xala malik "Karvan-Yevlax" isə sonuncu - 12-ci yerdə qərarlaşıb.

Günün son matçında "Qəbələ" evdə "İmişli" ilə üz-üzə gələcək. Bu matç Qəbələ şəhər stadionunda, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, XVIII tura fevralın 1-də yekun vurulacaq.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır
Bu ərazilərdə torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər