Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı
Far.Az xəbər saytı

Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı


Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb.

Far.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb:

"Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitəsinin gömrük nəzarətindən yayındırılması cəhdinin qarşısını alıblar.

Moskva-Bakı reysi ilə gələn Rusiya Federasiyası vətəndaşının baqaj və əl çantaları üzərində gömrük nəzarəti tətbiq edilib.

Stasionar rentgen qurğusunda keçirilən baxışda şübhəli təsvirlər müşahidə edildiyindən vətəndaşa məxsus baqaj və əl çantaları gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı çantalardan gömrük orqanına bəyan edilməyən 5 adda 9900 həb və 250 iynədən ibarət dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır".

Oxşar xəbərlər

Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
Ucarda bazarda ciddi nöqsanlar aşkarlandı, rəhbəri cəzalandırıldı
FHN Bakıda təlim keçirdi, nöqsanlar aşkarlandı
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
FHN təlim keçirdi, binada nöqsanlar aşkarlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər