Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib
Ermənistanın Dilican şəhərində 26-27 noyabr 2026-cı il tarixlərində "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirak etdiyi ikitərəfli dəyirmi masa müzakirəsi baş tutub.
"Far.Az" xəbər verir ki, görüş hər iki ölkənin qeyri-hökumət təşkilatlarının, media və analitik/ekspert dairələrinin 60-a yaxın nümayəndəsini bir araya gətirib.
Bu, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində keçirilən 5-ci görüş olub.
İki gün ərzində bir sıra görüşlər və müzakirələr keçirilib. İştirakçılar 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması imkanlarını, eləcə də iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması üzrə mümkün tədbirləri müzakirə ediblər.
İştirakçılar dayanıqlı iqtisadi əməkdaşlığın perspektivləri, Cənubi Qafqazda ticarət marşrutlarının və nəqliyyat əlaqələrinin inkişafı, eləcə də humanitar məsələlər barədə fikir mübadiləsi aparıblar. Gündəliyə gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa uzunmüddətli əlaqələrin qurulması məsələləri də daxil edilib.
"Sülh körpüsü" təşəbbüsünün 5-ci dəyirmi masasının iştirakçıları Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşüblər. Görüşlər zamanı iştirakçılar rəsmi şəxslərə suallar verə bilib, daha sonra isə səsləndirilən fikir və mülahizələri müzakirə ediblər.
Komitələr aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərirdi: İqtisadi məsələlər və infrastruktur; Humanitar və sosial məsələlər; Ətraf mühit məsələləri; Media; Təhsil, ictimai narrativlər və gənclərlə iş; Siyasi və geosiyasi məsələlər.
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşü birbaşa dialoqun inkişafına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və iki cəmiyyət arasında uzunmüddətli əməkdaşlığa doğru daha bir addım oldu. O, sülh gündəliyi məsələləri üzrə konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyib.
"Sülh körpüsü" təşəbbüsü əməkdaşlığın daha da möhkəmləndirilməsi üzrə işini davam etdirəcək.
Müzakirələr həmçinin komitələrdə də aparılıb. Onların hər birində iştirakçılar mövcud problemləri müzakirə edib və əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanları araşdırıblar.
Xəbər yenilənir
Oxşar xəbərlər
Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













