Azərbaycanda manatla geniş pul kütləsi 10 %-dən çox artıb
Far.Az xəbər saytı

Azərbaycanda manatla geniş pul kütləsi 10 %-dən çox artıb


Bu il yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 49 milyard 860,3 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,5 % çox, 2025-ci ilin eyni dövrünə nisbətən 7,2 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 40 milyard 393,7 milyon manat olub ki, bu da aylıq müqayisədə 7,4 % çox, ötən ilin eyni dövrünə nisbətən 10,2 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 32 milyard 182,7 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 9,2 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 % çoxdur.

Yanvarın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 17 milyard 947,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 4,1 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycanda manatla geniş pul kütləsi 9 %-ə yaxın artıb
Azərbaycanda geniş mənada pul kütləsi 6 %-dən çox artıb
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər