Starmer: Kral Endryunun qardaşı Epşteyn işi üzrə ifadə verməlidir
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Kral III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu Mauntbatten-Vindzor pedofillikdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı ABŞ Konqresi qarşısında ifadə verməlidir.
"Far.Az"un "Sky News"a istinadən məlumatına görə, Britaniyanın Baş naziri bu açıqlamanı jurnalistlərə Tokioya səfərindən sonra təyyarədə verib.
"İfadə vermək məsələsinə gəldikdə, mən həmişə demişəm ki, informasiyası olan hər kəs bu məlumatı ondan tələb olunan formada paylaşmağa hazır olmalıdır", - o deyib.
Starmer vurğulayıb ki, Epşteynin qurbanları prioritetdə olmalıdır. "Üzr istəməyə gəldikdə isə, bu, Endryu üçün bir sualdır", - Baş nazir ABŞ Ədliyyə Nazirliyinin keçmiş şahzadənin adı çəkilən Epşteyn haqqında yeni sənədləri dərc etməsinə münasibət bildirərkən qeyd edib.
Oxşar xəbərlər
ABŞ Epşteyn işi ilə bağlı sənədləri yayımlamağa başlayıb - YENİLƏNİB
Britaniya keçmiş şahzadə Endryunun mümkün cinayətləri ilə bağlı FTB-dən məlumat istəyəcək
Dünyanın prestijli saytları "Səma qurbanları" filmindən yazdı
ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə daha 3 milyon fayl yayımlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













