Rektor: Qarabağ Universiteti tələbələrin istək və tələbatlarına cavab verəcək
Qarabağ Universiteti tələbələrin istək və tələbatlarına cavab verəcək.
Bunu “Far.Az”un Xankəndiyə ezam edilmiş əməkdaşına açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
Onun sözlərinə görə, yeni dövrün tələblərinə uyğun qurulan universitet qarşıdakı dövrdə ən müasir standartlara cavab verəcək:
"Bu gün çox qürurluyuq, Qarabağ Universitetində ilk tədris günüdür. Sentyabrın 20-də universitetin açılışı olub və Prezident İlham Əliyev mərasimdə proqram xarakterli çıxış edib. Həmin çıxışda qarşımıza strateji hədəflər qoyub. Biz qarşımızda duran vəzifələrin məsuliyyətini dərk edirik. Yeni dövrün tələblərinə uyğun qurulan universitet qarşıdakı dönəmdə ən müasir standartlara cavab verəcək. Hədəfimiz odur ki, bu universitet həm yüksək səviyyəli mütəxəssislər hazırlasın, həm də dövlətimizə və xalqımıza layiqli vətəndaşlar yetişdirsin. Universitet tələbə əsaslıdır. Bu o deməkdir ki, təhsil ocağı tələbələrin istək və tələbatlarına cavab verəcək”.
Rektor əlavə edib ki, Qarabağ Universiteti tədqiqat əsaslıdır. Yəni təhsil ocağında müasir metodlardan istifadə edilərək müxtəlif sahələrdə tədqiqatlar aparılacaq.
Ş.Bayramov bildirib ki, universitetdə yaradılan beynəlxalq dil mərkəzi bu gündən fəaliyyətə başlayıb:
“Əsas məqsəd tədris dilindən asılı olmayaraq, tələbələrin yüksək səviyyədə xarici dil bacarıqlarına yiyələnmələridir. Digər tərəfdən, Qarabağ Universitetinin beynəlxalq əməkdaşlığının qurulması da perspektiv hədəflərimiz sırasındadır. Yaxın zamanda xarici ölkələrdən universitetə müəllimlər dəvət olunacaq. Yerli müəllimlər isə xarici dildə tədrisi təşkil edəcəklər. İstəyimiz odur ki, tələbələrimiz ingilis dilində dərs keçərək müəllimlərdən bu dildə bilik və bacarıqlar əldə etsinlər, tərəfdaş olacağımız universitetlərin mübadilə proqramlarında iştirak imkanı qazansınlar, gələcəkdə ikili diplomlara qoşula bilsinlər".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Rektor: Qarabağ Universitetində yeni ixtisaslar və fakültələr yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb













