Həsən Həsənli: Azərbaycanda təhsilin keyfiyyəti və əlçatanlığı artıb
Azərbaycanda təhsilin keyfiyyəti və əlçatanlığı artıb.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli ADA Universitetində İqtisadiyyat, Elm və Təhsil nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji tərəfdaşlığı ilə yaradılan İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışında bildirib.
Onun sözlərinə görə, 2013-cü ildən etibarən Prezident İlham Əliyev ölkədə təhsilin inkişafı üzrə strateji yol xəritəsini təsdiq edib:
"Bu proqram çərçivəsində biz uğurdan-uğura irəliləmiş, ölkəmizdə həm təhsilin keyfiyyətini, həm də əlçatanlığını artıra bilmişik. Bunun ən yaxşı nümunəsi beynəlxalq qiymətləndirmələrin nəticələridir. Son üç ildəki qiymətləndirmə nəticələrinə, eləcə də son 10 ilə yaxın dövrə nəzər saldıqda, Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri arasında ən sürətlə inkişaf edən ikinci ölkə olduğunu görürük.
Bakıda əldə olunan nəticələr, xüsusilə də gələcəkdə bir çox sənaye sahələrinin inkişafı üçün son dərəcə vacib olan riyaziyyat üzrə göstəricilər İƏİT-in orta səviyyəsinə çatıb. Bu, 10 il əvvəl əldə edə bilmədiyimiz nəticədir. Qarşıdakı bir neçə ildə də bu inkişafın davam edəcəyini gözləyirik. Bu isə bizə gələcəkdə üzərində işləyə, formalaşdıra və müasir iqtisadiyyatın tələblərinə uyğun gələcək liderlərə, rəhbərlərə və peşəkarlara çevirə biləcəyimiz istedadlı gənclər qazandıracaq".
Nazir müavini qeyd edib ki, bununla yanaşı, ali təhsil sistemi də dəyişib:
"Bu gün biz ölkənin ən yaxşı universitetlərindən biri olan ADA Universitetindəyik. Bakı Ali Neft Məktəbini, Fransa-Azərbaycan Universitetini, Türkiyə-Azərbaycan Universitetini və Azərbaycanda həyata keçirilən digər ikili diplom proqramlarını da qeyd edə bilərik. Bütün bunlar məktəblərdə yetişdirilən istedadları qəbul edə bilən yüksək keyfiyyətli universitetlər şəbəkəsinin formalaşdığını göstərir. Məqsədimiz bu istedadları cəmiyyət, ölkə və bütövlükdə region üçün real dəyərə çevirməkdir".
H.Həsənli əlavə edib ki, Azərbaycanda tələbə sahibkarların dəstəklənməsi genişləndiriləcək.
"Əmək bazarı və süni intellektin reallıqları gözlərimiz qarşısında dəyişir. Ona görə də buna uyğunlaşmaq lazımdır. Eyni zamanda, həm qısamüddətli, həm də dərəcə proqramlarında tələbələrin sayını necə artıra biləcəyimizi, startapları və tələbə sahibkarları necə dəstəkləməyə davam edəcəyimizi müəyyənləşdirməliyik. Son üç ildə bu istiqamətdə işlərə başlamışıq və indi həmin təşəbbüsləri necə dəstəkləyəcəyimizi, davam etdirəcəyimizi və genişləndirəcəyimizi müzakirə edirik.
Məqsədimiz qarşıdakı illərdə yetişəcək istedadlı mütəxəssislərlə yanaşı, bugünkü liderləri də dəstəkləmək, gələcəyin liderlərinin yetişməsinə şərait yaratmaqdır", - o vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb













