Şefçoviç Epşteynlə hər hansı əlaqəsini təkzib edib
Avropa İttifaqının (Aİ) ticarət məsələləri üzrə komissarı Maroş Şefçoviç seksual xarakterli cinayətlərə görə məhkum olunmuş qalmaqallı sabiq maliyyəçi Cefri Epşteynlə heç bir əlaqəsinin olmadığını və onu tanımadığını bəyan edib.
"Far.Az"un Avropa bürosunun məlumatına görə, bəyanatı Avropa Komissiyasının rəsmi nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirilən brifinqdə oxuyub.
Qeyd edək ki, Şefçoviçin adı ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə bu yaxınlarda açıqladığı sənədlərdə hallanır. Ötən həftə digər slovakiyalı siyasətçi Miroslav Layçak qalmaqalın mərkəzində olub və məhkum olunmuş maliyyəçi ilə yazışmalar dərc edildikdən sonra Slovakiyanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsindən istefa verib.
Layçak 2007-ci ildən etibarən bir neçə il ərzində Aİ-nin Bosniya və Herseqovina üzrə ali nümayəndəsi və blokun xüsusi nümayəndəsi olub.
Şefçoviçin adı məhz Layçakın yazışmalarında çəkilib.
"Bu, mənim xəbərim olmadan edilib... Mənim xəbərim və ya razılığım olmadan adımın bu yazışmalarda istifadə edilməsi məni sarsıdıb və mən bu işdə əlaqəmin olması ilə bağlı istənilən ehtimalı qəti şəkildə rədd edirəm", - Avropa komissarının bəyanatında bildirilir.
O, həmçinin qeyd edib ki, əgər Layçak onun haqqında nəsə yazıbsa, bunu öz şəxsi maraqları naminə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













