Mehriban Əliyevanın iştirakı ilə “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib
Sentyabrın 23-də Bakının Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib.
"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.
Qeyd edək ki, “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb.
Xatırladaq ki, 2019-cu il noyabrın 11-də “Gənclik” parkı yeni salınarkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak etmişlər. Dövlətimizin başçısı bir zamanlar baxımsız olan bu ərazidə abadlaşdırma işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar vermişdi.
2021-ci il avqustun 26-da istifadəyə verilən “Gənclik” parkı insanların rahat istirahət ünvanı olmaqla yanaşı, eyni zamanda, paytaxtın ekoloji mühitinə öz töhfəsini verir.
Onu da qeyd edək ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə müxtəlif layihələr icra edir. “Gənclik” parkı ərazisindəki budəfəki ağacəkmə aksiyası isə ekoloji tarazlığa daha bir töhfə oldu.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
Mehriban Əliyevanın doğum günüdür
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













