Qazaxıstan Pakistana 108 milyon dollarlıq elektrikli avtobus tədarük edəcək
Far.Az xəbər saytı

Qazaxıstan Pakistana 108 milyon dollarlıq elektrikli avtobus tədarük edəcək


Qazaxıstanın "Falcon EuroBus" şirkəti Pakistana 600 elektrikli avtobus tədarük edəcək.

"Far.Az"un Qazaxıstan bürosunun bu ölkənin Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, razılıq İslamabadda keçirilən "Qazaxıstan-Pakistan" biznes forumunda əldə olunub.

İlk tədarüklərə cari ilin aprelində başlanması planlaşdırılır, kommersiya müqaviləsinin ümumi dəyəri isə 108 milyon dollar təşkil edir.

Bildirilib ki, 2027–2028-ci illərə qədər Pakistana elektrik avtobuslarının ixrac həcmi 2 min ədədə qədər artırıla bilər.

Biznes forumun yekunlarına əsasən, "Falcon EuroBus" ilə Pakistanın "OGCC International" şirkəti arasında kommersiya sazişinin imzalanması gözlənilir.

Qeyd edək ki, "Qazaxıstan-Pakistan" biznes forumu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pakistana dövlət səfəri çərçivəsində keçirilir.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər