Ali Radanın birinci vitse-spikeri: Zelenskinin korrupsiya qalmaqalına reaksiyası vacib idi
Ukraynda korrupsiya ilə bağlı qalmaqalların təsirinin azaldılması üçün hakim komandada dəyişikliklər edilib.
Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın hakim "Xalqın xidmətçisi" partiyasının sədri, Ali Radanın birinci vitse-spikeri Oleksandr Korniyenko deyib.
"Biz dəyişikliklər edirik ki, hansısa qalmaqalların təsirini azaldaq. Qalmaqallar, bəli, çox olub və var. Amma qalmaqallara reaksiya çox vacibdir. Prezidentin reaksiyası demək olar ki, dərhal oldu. Yəni müəyyən təmizləmə oldu. Bu qalmaqalların iştirakçılarının işdən çıxarılmasını nəzərdə tuturam", - o bildirib.
Antikorrupsiya orqanlarının işinə toxunan O.Korniyenko vurğulayıb ki, Ali Radadan, partiyanın rəhbərliyi tərəfindən onlara tam dəstək var:
"Biz bu ölkədə korrupsiyaya qarşı istənilən mübarizəni dəstəkləyirik. Məsələn, yeni təyinatlar orduya yeni nəfəs vermək üçün vacibdir. Yeni müdafiə naziri Mixaylo Fedorov dünyada ən gənc müdafiə naziridir. 35 yaşlı nazirlə siyasi karyeramızı birlikdə başlamışıq. O, 2022-ci ildən başlayaraq dəfələrlə sübut etdi ki, həm çox vətənpərvər bir insandır, həm də hərbi məsələlərdən baş çıxarır, dron strategiyamızın da əsas təşəbbüskarı odur".
Denis Şmıqalın energetika naziri təyin edilməsinə toxunan hakim partiyanın sədri qeyd edib ki, o, Ukraynada həqiqətən energetika naziri vəzifəsinə layiq olan azsaylı insanlardan biridir.
"Təəssüf ki, son vaxtlar bizdə bu, nadir hallarda olub. O, vaxtilə böyük bir istilik elektrik stansiyasının direktoru işləyib. Dəqiq bilir ki, bu sahə necə işləyir, nə lazımdır, orada hansı problemlər var. Və budur, bizdə artıq günlərdir böhran vəziyyəti var idi və o, göstərdi ki, bu məsələləri nə qədər keyfiyyətli şəkildə izah edir, onları daha sonra necə həll edəcək", - o vurğulayıb.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













