ABŞ gələn həftə baş tutacaq danışıqlarda İranla razılaşmaya tələsmir
Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməkdə maraqlıdır, lakin ABŞ razılaşma bağlamağa tələsmir.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Floridaya gedərkən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"İranla bağlı çox yaxşı danışıqlar apardıq. Görünür, İran razılaşma əldə etməyə çox can atır. Biz bu razılaşmanın nə olduğunu görməliyik. Keçən dəfə bunu etməmək qərarına gəlmişdilər. Amma bu dəfə fərqli bir münasibət göstərə bilərlər. Bizim kifayət qədər vaxtımız var. Venesuelanı xatırlayırsınızsa, bir müddət gözlədik. Bu dəfə də tələsmirik. Bizim böyük bir armadamız var, böyük bir donanma bu istiqamətdə hərəkət edir. Tezliklə orada olacaq", - deyə Vaşinqton administrasiyasının rəhbəri bildirib.
Mümkün razılaşmaların şərtləri barədə danışan ABŞ Prezidenti vurğulayıb: "Əvvəlcə bir şey: nüvə silahı yoxdur. Əgər iki il əvvəl belə bir razılaşma əldə edə bilsəydik, edərdik, amma onlar bunu etmək istəmirdilər. İndi isə edirlər. Onlar bir il yarım, hətta bir il əvvəl edə biləcəklərindən daha çox şey etməyə hazırdırlar".
Tramp Vaşinqton və Tehran arasında növbəti danışıqlar raunduna toxunaraq deyib: "Gələn həftənin əvvəlində yenidən görüşəcəyik. Onlar razılaşma əldə etmək istəyirlər. Onlar razılaşmaq istəməlidirlər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













