Süd Yolu qalaktikasının mərkəzində qara dəlik yox, qaranlıq maddə ola bilər
Astronomlar ehtimal edirlər ki, qalaktikamızın mərkəzində ifrat kütləli qara dəlik deyil, analoji qravitasiya effektləri yaradan nəhəng qaranlıq maddə yığını yerləşə bilər.
"Report"un məlumatına görə, yeni araşdırma "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.
Tədqiqat işi "Sagittarius A*" obyektinin qara dəlik kimi qəbul edilən ümumi şərhini şübhə altına qoyur. Alimlər alternativ təklif edirlər: daha seyrək halo ilə əhatə olunmuş, fermion qaranlıq maddədən ibarət yığcam nüvə.
Bu model həm mərkəzə yaxın S sinfi ulduzlarının xaotik orbitlərini, həm də "GAIA DR3" missiyası tərəfindən əldə edilən qalaktikanın kənarlarındakı qaz və ulduzların davranışını izah edir. Model həmçinin Hadisə Üfüqü Teleskopu tərəfindən əldə edilmiş "Sagittarius A*"nın məşhur "kölgə" təsviri ilə də uyğunluq təşkil edir.
"Qara dəliyi sadəcə qaranlıq bir obyektlə əvəz etmirik; biz ehtimal edirik ki, ifrat kütləli mərkəzi obyekt və qalaktikanın qaranlıq maddə halosu eyni bir kəsilməz substansiyanın iki təzahürüdür", - deyə araşdırmanın həmmüəllifi doktor Karlos Arquelyes bildirib.
Çilidəki "Çox Geniş Teleskop"da yerləşən "GRAVITY" interferometri vasitəsilə aparılacaq gələcək müşahidələr və həqiqi qara dəliklərdə olmalı olan foton halqalarının axtarışı bu nəzəriyyələrdən birinin xeyrinə həlledici sübutlar təqdim edə bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
"İdrak" liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
-
Sabunçuda kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq













