Portuqaliyada prezident seçkilərinin ikinci turu keçiriləcək
Portuqaliyada prezident seçkilərinin ikinci turu keçiriləcək.
"Far.Az"un məlumatına görə, birinci turda ən çox seçici dəstəyini qazanan iki namizəd ən yüksək vəzifə uğrunda mübarizə aparacaq: ifrat sağçı "Yetər!" Partiyasının lideri Andre Ventura və Sosialist Partiyasının keçmiş baş katibi Antoniu Jose Sequru.
Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə saat 12:00) açılacaq və axşam saat 19:00-a qədər (Bakı vaxtı ilə saat 23:00) açıq qalacaq. İlkin nəticələrin həmin gecə açıqlanacağı gözlənilir.
Prezident seçkilərinin ikinci turu zəruri idi, çünki heç bir namizəd birinci turda səslərin 50 %-dən çoxunu toplaya bilmədi. Bu, sonuncu dəfə 1986-cı ildə baş vermişdi.
Ölkə qanunvericiliyinə görə, prezident ümumi seçki hüququ, birbaşa və gizli səsvermə yolu ilə beş illik müddətə seçilir. Hazırkı dövlət başçısı Marselu Rebelu de Souza 2016-cı ildə vəzifəsinin icrasına başlayıb və 2021-ci ildə yenidən seçilib. Qanun ardıcıl üç müddətə seçilməyi qadağan etdiyi üçün o, yenidən namizədliyini irəli sürə bilməyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













