İtaliyada qar uçqunu nəticəsində üç xizəkçi həlak olub
Far.Az xəbər saytı

İtaliyada qar uçqunu nəticəsində üç xizəkçi həlak olub


Azı üç nəfər İtaliyada Olimpiya Oyunlarının keçirildiyi yerlərə yaxın ərazidə hazırlanmış traslardan kənarda xizək sürərkən qar uçqunu nəticəsində həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Mail" qəzeti xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Alp dağlarının Dolomit yüksəkliklərinə aid Marmolada buzlağında baş verib. Qeyd edilir ki, qadınlar arasında dağ xizəyi yarışlarının keçirildiyi Kortina-d'Ampesso şəhəri ölüm qeydə alınan ərazinin yaxınlığında yerləşir.

Daha iki nəfər kişilər arasında dağ xizəyi yarışlarının keçirildiyi Bormio şəhərindən təxminən 65 km məsafədə yerləşən Albozaca kəndində eniş zamanı həlak olub.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər