Özbəkistanda azərbaycanlı repressiya qurbanı İsgəndər bəy Sultanov haqqında film çəkilib
"Özbəkistan tarixi" telekanalı Azərbaycanın görkəmli Sultanovlar nəslinin nümayəndəsi, mühəndis İsgəndər bəy Sultanovun sürgün həyatı haqqında sənədli film hazırlayıb.
"Far.Az" xəbər verir ki, ekran işi Özbəkistan Siyasi Repressiya Qurbanları Xatirəsi Dövlət Muzeyinin dəstəyi ilə çəkilib və "Millət fədailəri" verilişinin buraxılışı olaraq ölkə televiziyasında yayımlanıb.
Filmdə Özbəkistan Siyasi Repressiya Qurbanları Xatirəsi Dövlət Muzeyinin direktoru, tarix elmləri doktoru, professor Bəxtiyar Həsənov, Muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhram İrzayev və Muzeyin ekspertiza şöbəsinin müdiri Əzizə Əhrarova İsgəndər bəy Sultanovun həyatı, təhsili və sürgün həyatı barədə ətraflı məlumat veriblər.
Ekran əsərində həmçinin Sultanovlar nəslinin digər görkəmli nümayəndələri – Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov, Zəngəzur Milli Polis Dəstəsinin rəisi, xalq qəhrəmanı Sultan bəy Sultanov və Azərbaycanın ilk mühəndis-texnoloqlarından biri olan Rüstəm bəy Sultanov haqqında məlumatlar yer alıb.
Qeyd edək ki, İsgəndər bəy Sultanov Xosrov bəy və Sultan bəyin qardaşı Rüstəm bəy Sultanovun oğludur.
1918-ci ildə Qafqaz İslam Ordusuna qoşulan İsgəndər bəy Bakının azad edilməsində yaxından iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən "Məcidiyyə" ordeni ilə təltif edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil almaq üçün 1920-ci ildə xaricə göndərdiyi ilk tələbələrdən olan İsgəndər Sultanov 1933-cü ildə Azərbaycana qayıdaraq "Azneft"də işə başlayıb. Lakin 1935-ci ildə həbs edilərək "Beynəlxalq burjuaziyaya kömək" ittihamı ilə Orta Asiyanın ən ağır şəraitli əmək düşərgəsi olan "Sazlaq"a sürgünə göndərilib.
Bu günədək İsgəndər bəy Sultanovun 1942-ci ildə Özbəkistanda vəfat etdiyi bildirilsə də, azərbaycanlı gənc araşdırmaçı Toğrul Mahmudlunun sorğusu əsasında Özbəkistan tarixçisi Bəhram İrzayevin Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin arxivindən əldə etdiyi sənədlərə əsasən, filmin qəhrəmanı düşərgədəki ağır şəraitə etiraz etdiyi və əksinqilabi təbliğat apardığı üçün 1937-ci ildə barəsində güllələnmə hökmü çıxarılıb. Hökm 1938-ci il yanvarın 5-də Özbəkistanın "Malik" sovxozundakı məxfi obyektdə icra edilib.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib













