"Bild": Almaniya Hamburq limanını NATO hərbi texnikasının daşınması üçün modernləşdirir
Far.Az xəbər saytı

"Bild": Almaniya Hamburq limanını NATO hərbi texnikasının daşınması üçün modernləşdirir


Almaniya hökuməti ilk dəfə Hamburq limanının infrastrukturunun modernləşdirilməsinə böyük vəsait ayırmağı planlaşdırır. Buraya böhran vəziyyətində NATO-nun hərbi texnikasının mümkün daşınması üçün infrastrukturun hazırlanması da daxildir.

"Far.Az" "Bild" qəzetinə istinadən xəbər verir ki, Almaniyanın ən böyük dəniz limanı Avropanın təhlükəsizlik sahəsində vəziyyətin dəyişməsi fonunda ölkə hakimiyyəti və NATO komandanlığı tərəfindən əsas logistik qovşaqlardan biri kimi nəzərdən keçirilir.

Layihə əsas nəqliyyat magistrallarının yenidən qurulmasını, körpülərin modernləşdirilməsini və yüksək yükqaldırma qabiliyyətinə malik kranların quraşdırılmasını nəzərdə tutur. İnfrastruktur ikili təyinatlı olacaq: sülh dövründə kommersiya daşımaları üçün istifadə edilməyə davam edəcək, zərurət yarandıqda isə tankların və NATO-nun digər ağır hərbi texnikasının daşınması üçün istifadə olunacaq.

Layihənin maliyyələşdirilməsi ilə bağlı planları Almaniya hökumətinin dəniz siyasəti üzrə koordinatoru Kristof Ploss açıqlayıb. Vəsaitin İqtisadiyyat Nazirliyi vasitəsilə federal regional iqtisadi strukturun dəstəklənməsi proqramından (GRW) ayrılması nəzərdə tutulur.

Hamburq liman ərazilərinin dövlət subsidiyaları proqramına daxil edilməsi ilə bağlı qərarın ilin sonuna qədər qəbul ediləcəyi gözlənilir. İlk vəsait 2028-ci ildən ayrıla bilər. Bununla yanaşı, federal maliyyələşdirmənin Hamburq büdcəsindən eyni həcmdə vəsaitlə tamamlanması planlaşdırılır.

"Bild"in məlumatına görə, modernləşdirməyə ehtiyac limanın infrastrukturunun köhnəlməsi ilə də bağlıdır. Bəzi obyektlər 100 ildən əvvəl tikilib və müasir yüklərə hesablanmayıb. Xüsusilə müdafiə sifarişlərini də yerinə yetirən Blohm+Voss gəmiqayırma zavodunun ərazisində bu yaxınlarda körpü qurğularının bəzi hissələri qismən çöküb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər