Azərbaycanda orqan köçürülməsindən sonra ana olan qadınların sayı açıqlanıb – EKSKLÜZİV
Azərbaycanda son 10 ildə böyrək və qaraciyər transplantasiyası icra olunmuş 38 qadın sağlam uşaq dünyaya gətirib.
Bu barədə "Report"a Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi məlumat verib.
Onun sözlərinə görə, həmin qadınlar və övladları hazırda sağlam şəkildə həyatlarına davam edirlər:
"Sözügedən dövrdə 20 böyrək transplantasiya icra edilmiş qadın 21 uşaq dünyaya gətirib. Sözügedən transplantasiya əməliyyatından sonra üç qadının hər biri dünyaya üç sağlam uşaq gətirib. Bir nəfərin isə əkiz uşağı doğulub. Bununla yanaşı 18 qadına qaraciyər transplantasiyası icra olunub və onların hər biri ana olub. Qaraciyər transplantasiyası icra edilmiş qadınlardan biri isə üç uşaq dünyaya gətirib".
Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib













