"Haber Global" İlham Əliyevin Münxendə panel müzakirələrində iştirakı ilə bağlı videomaterial hazırlayıb
Türkiyənin "Haber Global" telekanalı Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda keçirilən panel müzakirələrində çıxışı əsasında videomaterial hazırlayıb.
"Far.Az" xəbər verir ki, materialda dövlət başçısının Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlər izləyicilərin diqqətinə çatdırılıb.
Azərbaycan Prezidentinin sərhəddə yeni vəziyyət yarandığına və heç bir problemin müşahidə olunmadığına diqqət çəkməsi xüsusilə vurğulanıb.
Qeyd olunub ki, Prezident İlham Əliyev erməni nümayəndənin həqiqəti əks etdirməyən sualına tutarlı cavab verib. Bildirilib ki, dövlət başçısı Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılmasını sülh müqaviləsinin imzalanması üçün yeganə ilkin şərt olduğunu deyib.
Videomaterialda Prezidentin türk dünyası üçün mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi və TRIPP layihəsi barədə fikirlərinə də yer verilib.
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
İlham Əliyev Münxendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak edib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













