Azərbaycanlı tələbələrə ispan müəllimlər dərs keçəcək
"IT SkillSprint" layihəsi çərçivəsində azərbaycanlı tələbələrə İspaniyadan olan müəllimlər dərs keçəcəklər.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova bildirib.
Onun sözlərinə görə, bütün dünyada ali təhsil müəssisələri tələbələri nəzəri biliklərlə təmin edir və bu bilikləri praktiki cəhətdən möhkəmləndirmək üçün dünyada bir neçə həllər, modellər var: "Bu modellərdən biri də sənayenin ali təhsil müəssisəsinə gətirilməsidir. Bu məqsədlə biz "IT SkillSprint" layihəsini icra edirik. Bu layihəni hazırda dünyanın qlobal top "İT bootcamp" təminatçılarından biri olan İspaniyanın "Ironhack" şirkəti ilə birlikdə həyata keçiririk".
O əlavə edib ki, proqramın əsas məqsədi tələbələrin bilik və bacarıqlarının praktiki cəhətdən möhkəmləndirilməsi, onlara real layihələrin təmin edilməsidir: "Bu layihəyə 9 universitetdən 123 tələbə seçilib, onlar ispanıyalı müəllimlərin köməyi ilə öz IT sahəsində dörd istiqamət üzrə biliklərini artıracaqlar. Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb proqramlaşdırma və "DevOps" istiqamətlərini əhatə edir. Bunlar hazırda ölkəmizdə prioritet istiqamətlərdən biri, kadr hazırlığının əsas vacib olan istiqamətlərindəndir. Biz Agentlik olaraq bu tipli kifayət qədər layihələr icra edirik".
V.Qurbanova vurğulayıb ki, bu layihələrin həyata keçirilməsinin əsas məqsədi Azərbaycanda kadr potensialının artırılması və universitetdə tələbələrin aldıqları nəzəri biliklərin praktiki bacarıqlara çevrilməsidir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vüsalə Əlizadədən Yeni il ab-havalı FOTOSESSİYA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













