Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokuna qatılacaq
Far.Az xəbər saytı

Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokuna qatılacaq


Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq.

"Report" xəbər verir ki, yığma ikinci dəfə təşkil olunan turnirə Avropa Kuboku 2025-in finalçısı kimi iştirak hüququ qazanıb.

Martın 13-dən 15-dək baş tutacaq yarışda milli B qrupunda İspaniya, Kanada və Tayland yığmaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
"Miss Russia 2025" qalibi real həyatda necə görünür?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər