Ukrayna və ABŞ "Patriot"un alınması üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə edib
Far.Az xəbər saytı

Ukrayna və ABŞ "Patriot"un alınması üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə edib


Ukrayna və ABŞ "Patriot" zenit raket kompleksi üçün raketlərin alınması məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə imkanını müzakirə edib.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ senatorları Riçard Blumental və Şeldon Uaythausla görüşün yekunlarına dair sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, Kiyev Moskvaya təsir etmək üçün təzyiqdən başqa digər yollar görmür. O qeyd edib ki, Senatda sanksiyalar haqqında mühüm qanun layihəsinə baxılır və Ukrayna onun səmərəliliyinə ümid edir. Həmçinin Zelenski senatorları Rusiyanın Ukraynanın mülki obyektlərinə və xüsusilə ABŞ biznesinə endirdiyi daimi zərbələr barədə məlumatlandırıb.

"Rusiya pullarının onların öz terrorundan müdafiə üçün işləməsi tamamilə ədalətlidir və biz "Patriot" kompleksi üçün raketlərin alınması məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanlarını müzakirə etdik", - o əlavə edib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər