"TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
"Krediti, borcu olan yazsın, kömək edim...", "Ərzağa ehtiyacı olan yazsın, köməklik göstərim..." - son günlər sosial şəbəkələrdə, xüsusilə də "TikTok" platformasında bu cür elanlar paylaşan səhifələrin sayı artıb.
Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, "WhatsApp" qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, "TikTok"da canlı yayım açan səhifəyə daxil olub və yardım üçün müraciət edib. Lakin daha sonra səhifənin əsl niyyətinin fərqli olduğunu anlayıb.
Turqay Həsənovun sözlərinə görə, qarşı tərəf ondan bütün şəxsi məlumatları aldıqdan sonra nömrəni bloklayıb.
Biz də həmin səhifədə qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin nə zənglərə, nə də mesajlara cavab verən oldu. Hətta bəzi nömrələrin söndürülmüş olduğu məlum olub.
Səhifədə yayımlanan videolara yazılan şərhlərdən isə bu şəxslərin qurbanı olanların sayının kifayət qədər çox olduğu aydın görünür.
Ekspertlər vətəndaşları hər hansı bank kartı və ya şəxsi məlumatlarını paylaşarkən daha diqqətli olmağa çağırırlar. Onlar tanımadıqları şəxslərə şəxsi və maliyyə məlumatlarının verilməməsini tövsiyə edirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Kulibali: UN-Habitat-ın Azərbaycanla əməkdaşlığı Afrika ilə təcrübə mübadiləsi üçün körpü ola bilər
-
IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir
-
Mariyana Kuyundziç: Aİ WUF13-dən yaxşı nəticələr gözləyir
-
Adib Benbrahim: Mərakeş mənzilə əlçatanlığı genişləndirmək niyyətindədir













