Gülşən Rzayeva: Azərbaycan şəhərsalma ilə bağlı əməkdaşlığın gücləndirilməsinə sadiq qalır
Far.Az xəbər saytı

Gülşən Rzayeva: Azərbaycan şəhərsalma ilə bağlı əməkdaşlığın gücləndirilməsinə sadiq qalır


Azərbaycan şəhərsalma ilə bağlı əməkdaşlığın gücləndirilməsinə sadiq qalır.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində baş tutan Yığıncaqlar Assemblyasının iclasda deyib.

Onun sözlərinə görə, WUF13 həm də siyasi töhfələr prosesidir:

"Şəhərlərin gələcəyi sadəcə hökumətin əlində deyil, hamının, bütün icmaların işidir. Şəhərsalmanın inkişafı bütün sektorların əl-ələ verməsi ilə baş tuta bilər".

Gülşən Rzayeva qeyd edib ki, bütün müzakirələr icra vəziyyətində olmalıdır:

"Ev sahibi ölkə kimi Azərbaycan qlobal səviyyədə qəbul olunan prinsiplərin praktik addımlara çevrilməsinin vacibliyinə güclü inanır. Dünya Yeni Şəhər Gündəliyinin icrasını dəyərləndirərkən və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səyləri sürətləndirərkən, ümid edirik ki, Bakıda keçirilən müzakirələr əhəmiyyətli töhfə verəcək".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər