Tofiq Musayev: "UFC-dəki növbəti döyüşümdə qələbə qazanacağıma inanıram"
Azərbaycanın təmsilçisi Tofiq Musayev Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə qələbə qazanacağına inanır.
36 yaşlı MMA döyüşçüsü bu barədə "Report"a açıqlamasında bildirib.
T.Musayev braziliyalı Samuel Sançeslə baş tutacaq qarşılaşma haqqında danışıb:
"Bu görüşdə qələbə qazanacağıma inanıram. Hazırlıq yaxşı gedir. İntensiv məşqlər edirik. Rəqibi də təhlil edirik".
UFC-də ikinci döyüşünə çıxacaq idmançı tam hazır olmağa çalışacağını söyləyib:
"Mənim üçün hər döyüş əməhiyyətli və vacibdir. Daha da məsuliyyətli olmalıyıq. Ümid edirəm ki, əziyyətimiz yerdə qalmayacaq".
Qeyd edək ki, Tofiq Musayev aprelin 4-də ABŞ-nin Las-Veqas şəhərində braziliyalı Samuel Sançeslə üz-üzə gələcək. O, ötən ilin yayında Bakıda baş tutan turnirdə UFC-də debüt edib. MMA idmançısı həmin vaxt qırğızıstanlı Mıktıbek Oralbaya uduzub.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
UFC ilk dəfə Azərbaycanda!
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Kulibali: UN-Habitat-ın Azərbaycanla əməkdaşlığı Afrika ilə təcrübə mübadiləsi üçün körpü ola bilər
-
Mexikonun meri: Bakı şəhərsalma mövzusunun müzakirəsi üçün strateji məkandır
-
IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir













