Millimiz Avropa ikincisi olub
Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa çempionatına yekun vurulub.
"Report"un Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, sərbəst güləş üzrə millimiz uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 156 xal toplayan yığmamız çempion olan Rusiyadan cəmi 7 xal geri qalmaqla komanda hesabında Avropa ikincisi olub. Gürcüstan 124 xalla ilk "3-lüy"ü qapayıb.
Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
"Tağıyev: Neft" bədii filminin ABŞ-də təqdimatı baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Latviya Prezidenti Baş nazir vəzifəsinə müxalif deputatın namizədliyini irəli sürüb
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"













